“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda “Bazel”lə 0:0 hesabı ilə bərabərə qaldıqları görüşü haqda açıqlama verib.
O, şəxsi "İnstaqram" hesabından paylaşım edib:
“Uşaqlıq xəyallarını gerçəkləşdirmək necə də xoşdu. Buna nail olmaq asan olmadı. Amma bütün məşqlərə, çətin anlara, göz yaşlarına görə Tanrıya şükür edirəm. Dünən ilk avrokubok matçıma çıxdım. Necə də gözəl hisslərdi. Hər şeyə görə Tanrıya və həmişə yanımda olduğu üçün ailəmə təşəkkür edirəm”.