"Legiya"nın sabiq baş məşqçisi Stanislav Çerçesov müsahibəsində Mahir Emrelini xüsusi qeyd edib.
"Football-plus.az" saytının məlumatına görə, mütəxəssis "Spartak"ın doğma meydanda "Legiya"ya 0:1 hesabı ilə məğlub olmasından sonra oyun haqda fikirlərini bölüşüb:
"Öz səviyyəsində çıxış edən Borutsu tərifləməliyəm. Üstəlik, bütün oyunçular çox çalışdılar və bacardıqları qədər mübarizə apardı. Mahir Emreli maraqlı hücumçudu. Filip Mladenoviç də çox yaxşı idi".
Qeyd edək ki, "Legiya" "Lester", "Napoli" və "Spartak"la eyni qrupda 3 xalla liderdi.