Yeni təyin olunan gənclər və idman naziri kadr dəyişikliyi edib.
Fərid Qayıbov Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyevanı vəzifəsindən azad edib.
Qeyd edək ki, xanım daha əvvəl Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Baş məsləhətçi vəzifəsindən azad edilmişdi.