Qadınlardan ibarət Azərbaycan millisinin Danimarkaya qarşı keçirəcəyi dünya çempionatının seçmə mərhələsi görüşünün hakimləri açıqlanıb.
"Football-plus.az" saytının məlumatına görə, ASK Arenada keçiriləcək Azərbaycan – Danirmarka qarşılaşmasını Slovakiyadan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: ZUZANA VALENTOVA.
Baş hakimin köməkçiləri: Maria Sukenikova, Miroslava Pastorekova.
Dördüncü hakim: Maria Krcova.
Qeyd edək ki, Azərbaycan - Danimarka görüşü sentyabrın 21-də keçiriləcək.