Məhəmməd Salah artıq “Liverpul”un yeni rekordçusudu.
O, komandanın sabiq kapitanı Stiven Cerrardın rekordunu yeniləyib. 28 yaşlı hücumçu buna Çempionlar Liqasının “Milan”la matçında (3:2) nail olub. Salah turnirin “Enfild” stadionunda keçirilən oyunlarında 14-cü qolunu vurub. Misirli futbolçu bununla da yeni rekorda adını yazdırıb.
Qeyd edək ki, Məhəmməd indiyədək ÇL-də ümumilikdə 26 qol vurub. Hazırda “Reyncers”i (Şotlandiya) çalışdıran 41 yaşlı Cerrardın “Liverpul”da 1998-2015-ci illərdə top qovduğunu da xatırladaq.