Avropa Liqasının qrup mərhələsində "Legiya" səfərdə "Spartak"a qalib gəlib.
Oyundan sonra mətbuat konfransında Varşava təmsilçisinin baş məşçiqi Çeslav Mixneviç qarşılaşma haqda fikirlərini səsləndirib.
O, Mahir Emrelinin bu görüşdə yaxşı oynadığını bildirib:
"Bilirdik ki, rəqibin kapitanı Cikiya bir qədər yorula bilər. Çünki o, yaxşı oyun nümayiş etdirən Mahir Emreli ilə mübarizədə çox qaçmalı olmuşdu. Onun sayəsində Lirim Kastratinin meydana çıxaraq komandasına kömək etməsi üçün mükəmməl vaxt idi. Daha sonra Tomaş Pekxart və Ernest Muçi meydana çıxmağa hazır olduqları ərəfədə Lukinyas və Emreli yaxşı imkan yaratdılar. Bu, qolla bitə bilərdi, amma alınmadı. Əvəzetmələrimiz isə bəhrə verdi. Futbolçularımız əla kombinasiya yaratdılar və biz qol vurduq".