Qadınlardan ibarət Azərbaycan millisinin Rusiyaya qarşı keçirəcəyi dünya çempionatının seçmə mərhələsini görüşünün hakimləri açıqlanıb.
"Football-plus.az" saytının məlumatına görə, qarşılaşmanı Latviyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim: VİOLA RAUDZİNA.
Baş hakimin köməkçiləri: Liga Didrike, Diana Vanaga.
Dördüncü hakim: Yelena Yermolayeva.
Qeyd edək ki, Rusiya – Azərbaycan görüşü sentyabrın 17-də saat 20.00-da start götürəcək.