Norveçdə güləş üzrə dünya çempionatı keçiriləcək.
"Football-plus.az" saytının məlumatına görə, turnirdə iştirak edəcək sərbəst güləş üzrə yığmamız artıq yarışa hazırlaşır.
Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı sentyabrın 30-dək davam edəcək. Hazırlıqlar Olimpiya Güləş Mərkəzində baş tutur.
Qeyd edək ki, Osloda keçiriləcək dünya çempionatı oktyabrın 2-dən 10-dək davam edəcək.