İtaliya çempionatı yenicə başlasa da, artıq iki klubda məşqçi dəyişikliyi zərurətə çevrilib.

“Kalyari” və “Verona” rəhbərliyi bu addımı atmağa məcbur olub.
“Kalyari” Leonardo Sempliçi ilə yolları uğursuz starta görə ayırıb. Baş məşqçi sardiniyalıları bu ilin fevralından çalışdırırdı. Komanda onun rəhbərliyi altında bu mövsüm ölkə çempionatında keçirdiyi üç matçda bir xal qazana bilib.

“Verona” rəhbərliyi də baş məşqçi Eusebio Di Françesko ilə əməkdaşlığı dayandırıb. 52 yaşlı mütəxəssislə birgə bütün məşqçi heyəti ilə yollar ayrılıb. Xatırladaq ki, Di Françesko komandanı bu ilin iyunundan çalışdırırdı. Hazırda A seriyasında üç turdan sonra xal toplaya bilməyən “Verona” 20 iştirakçı sırasında 19-cu yeri tutur.

Son xəbərlərə görə, “Yuventus”la müqaviləni pozan İqor Tudor veronalılarla razılığa gəlib. Xorvat mütəxəssisin Turin klubundan məhz bu məqsədlə ayrıldığı bildirilir.

Son xəbərlər

“Bu cür klubdan və məşqçidən təklif gəlirsə...”

İşdə məhəbbət macərası...

Federer şərhçi olacaq

Komandalar 2023-ün təqvimindən narazıdı

Maksim Medvedevə mükafat təqdim edildi

Arum Coşua – Füri döyüşünün baş tutacağına inanmır

“Araz Naxçıvan”ın hazırkı heyəti premyer-liqanın bir neçə klubu ilə mübarizə apara biləcək gücdədi” - Vadim Abdullayev

Həmyerlimiz Rusiya premyer-liqasında təyinat aldı

Sarver “Finiks”i satışa çıxardı

Cinsi azlıqları təhqir etdi, 40 min ödəyəcək

Abasovun köməkçiləri müəyyənləşdi

"Araz Naxçıvan" Türkiyədə turnirə qatılacaq

“Zaqatala”nın pulunun bir hissəsi köçürülüb

“Şamaxı” azarkeşlərin istəyini yerinə yetirdi

Dembele “Barselona” ilə ÇL-i qazanmaq istəyir - MÜSAHİBƏ

Pasveer 39 yaşında dünya çempionatında oynaya bilər

“Qarabağ”ın rəqibində itki

“Sumqayıt”ın yeni baş məşqçisi bəlli oldu

"Komanda inkişaf edir" - Canni De Byazi

“Futbolu sevməyimdə Nazim Süleymanovun oğlu olmağımın böyük rolu var” – LAYİHƏ

"Bu oyunda çox zəif oynadıq" - Maqomed Adıyev

Millimizin tarixində ilk!

Millimiz 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

“Neftçi” AFFA-dan xəbər gözləyir

Baqa “Sumqayıt”dan təzminat almayıb

Rabyoya daha bir müştəri

Qazaxıstanı ud, Avropa çempionatında iştirak şansı qazan! - KÖŞƏ

İdmançımız birinci oldu

Keytaya yeni təklif

"Qəbələ" - "Hayduk" matçının hakimləri müəyyənləşdi

Federasiya prezidenti idmançılarla görüşdü

Əməliyyatdan imtina etdi

Bernat PSJ-dən ayrılmağa yaxındı

“Barselona”da ciddi itkilər

“Yuventus”da istefa gözlənilir?

Sulşer ilə Ranqnik MY-ni xərcə salıblar

Azarkeşlər prezidenti istefaya çağırdılar

Fransa klubu cəzalandı

Bir ay oynamaya bilər

Sabah hər şey bəlli olacaq – Ya Tsaxadadze, ya da...

Milli formada 88 qola çatdı

“Kəpəz”in ev oyunlarını Gəncədə keçirəcəyi tarix məlumdu – ÖZƏL

Dzeko "İnter"dən ayrıla bilər

“Kəpəz” yenə çalxalanır - ÖZƏL

"İnter" "Barselona"nın yetirməsini istəyir

Bütün xəbərlər