Sərgən Yalçın: ''Acun, kanalı aç, oyunu hamı izləsin''
[Sabah Çempionlar Liqasında öz meydanında Dortmund ''Borussiya''sı ilə qarşılaşacaq ''Beşiktaş''ın baş məşqçisi Sərgən Yalçın oyunöncəsi mətbuat konfransında açıqlamalar verib.
Türkiyədə bu mövsüm avrokubok oyunları Acun Ilıcalıya məxsus olan ''Exxen'' digital platformasından yayınlanacaq. Sərgən Yalçın oyunu bütün Türkiyənin izləməsini istəyərək maraqlı təklif irəli sürüb:
''Oyunu bütün ölkəmizin izləməsini istəyirəm. Çünki biz ''Beşiktaş'' olaraq Türkiyəni təmsil edirik. Qazanacağımız hər xal ölkə futbolu üçün önəmlidi. Eyni sözlər ''Qalatasaray''la ''Fənərbaxça''ya da aiddi. Onlara da uğurlar arzulayıram. İnşallah, hər 3 komandamız da uğurlu çıxış edər. ''Exxen'' istəsə, oyunu bütün Türkiyə üçün aça bilər. Hər halda, Acundan xaiş etmək lazımdı ki, kanalı hamı üçün açsın. Heç olmasa, birdəfəlik belə bir jest edərək kanalı xalqa verə bilər''.