Konfrans Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ” “Bazel”i qonaq edəcək.
“Football-plus.az”ın məlumatına görə, qarşılaşmanın biletləri sentyabrın 10-dan satışa çıxarılıb. Bu müddət ərzində nə qədər bilet satılıb? Sualımızı klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə ünvanladıq:
“Satış qaydasında gedir. Bu günə qədər təxminən 9 mindən çox bilet satılıb. Oyun gününə qədər bu sayın artacağına ümid edirik”.
Ağdam klubunun rəsmisi rəqib azarkeşlərin oyunda iştirak edib-etməyəcəyinə də aydınlıq gətirdi:
“Dəqiq bilirik ki, İsveçrədən bura kimsə gəlmir. Amma biz qanun çərçivəsində azarkeşlər üçün nəzərdə tutulan yerin 5 faizini qonaqlar üçün ayırmışıq. Ola bilər ki, Bakıdakı isveçrəlilər oyunda iştirak etsinlər. Amma bu haqda dəqiq məlumatımız yoxdu”.
İLKİN SULTANLI