Bu gün Milli Paralimpiya Komitəsində (MPK) yay paralimpiya idman növləri üzrə baş məşqçilərlə iclas keçirilib.
“Football-plus.az” saytının məlumatına görə, qurumun baş katibi Kamal Məmmədov ilk növbədə Tokio Yay Paralimpiya Oyunlarında uğurlu nəticə göstərən idmançıların baş məşqçilərini rəhbərlik adından təbrik edib, bundan sonra da onlardan yüksək nəticələr gözlənildiyini deyib. Həmçinin qeyd olunub ki, güllə atıcılığı, pauerliftinq, taekvondo, kamandan oxatma və digər idman növlərinin baş məşqçiləri növbəti yarışlara daha ciddi hazırlaşmalı və qarşılarına qoyulan vəzifələri yerinə yetirməlidilər.
İclasda 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək 17-ci Yay Paralimpiya Oyunlarına hazırlıqla bağlı qarşıda duran vəzifələr müzakirə olunub. Baş məşqçilərə yeni idmançıların, o cümlədən Qarabağ qazilərinin cəlb edilməsi, regionlarda işin gücləndirilməsinə dair tapşırıqlar verilib. aş Mütəxəssislər 10 gün ərzində Paris Yay Paralimpiya Oyunlarına hazırlıq dövrü üçün fəaliyyət proqramını hazırlayıb təqdim etməlidilər.
İclasın sonunda MPK-nın prezidenti İlqar Rəhimova hər idman növü üzrə baş məşqçilərin təyin edilməsi ilə bağlı təqdimat verilib.