Portuqaliya çempionatında 5-ci turun oyunları keçirilib.
“Football-plus.az” saytının məlumatına görə, Renat Dadaşovun şərəfi qoruduğu “Tondela” “Eştoril”lə üz-üzə gəlib.
Oyunçumuz 90 dəqiqə meydanda olub və 75-ci dəqiqədə sarı vərəqə alıb. Görüş “Eştoril”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Tondela” 5 turdan sonra 18 komanda arasında 3 xalla 16-cı pillədə qərarlaşıb.