Demba Ba karyerası ilə bağlı vacib qərar verib.
O, butslarını mismardan asmağı lazım bilib. Seneqal yığmasının sabiq oyunçusu bu barədə özünün “tvitter” hesabında yazıb.
36 yaşlı hücumçunun son klubu sıralarına bu il qoşulduğu “Luqano” (İsveçrə) olub.
Demba karyerası ərzində “Ruen”, “Muskron”, “Hoffenhaym”, “Vest Hem”, “Nyukasl”, “Çelsi”, “Beşiktaş”, “Şanxay Şenxua”, “Göztəpə” və “İstanbul BŞ”də də oynayıb. Onun Seneqal yığmasında 22 oyuna 3 qol vurduğunu da xatırladaq. Ba futbolçu həyatı boyunca ümumilikdə 439 oyunda meydana çıxıb, 193 qolun və 53 məhsuldar ötürmənin müəllifi olub.