2-ci bundesliqada 6-cı turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, yığmamızın sabiq yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ertsgebirge” növbəti matçına çıxıb.
Doğma meydanda “Fortuna”nı qəbul edən komanda bu görüşdə də məğlub olub - 0:1.
Qeyd edək ki, Dmitri Nazarov qarşılaşmanın iştirakçısı olub. O, matçın 83-cü dəqiqəsində meydana çıxıb.
Bizi "Teleqram"da izləyin...