FİFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb.
Hakimimiz Avropa Liqasının qrup mərhələsində “Midtüllann” (Danimarka) – “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasını idarə edəcək.
Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Oyunun VAR hakimləri rusiyalı Vitali Meşkov və Sergey İvanovdu.
Qeyd edək ki, görüş sentyabrın 16-da Herninq şəhərində oynanılacaq.