Türkiyə 1-ci divizionunda 4-cü turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, həmyerlimiz Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörəngücü" növbəti oyununa çıxıb. Paytaxt təmsilçisi səfərdə "Samsunspor"un qonağı olub. Matç meydan sahiblərinin 2:0 qələbəsiylə başa çatıb.
Qeyd edək ki, azərbaycanlı futbolçu görüşə start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.