Azərbaycan premyer-liqasının 3-cü turunun “Sabah” - “Qəbələ” matçı bölgə klubu üçün əlamətdar olub.
"Football-plus.az" saytının məlumatına görə, 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” ölkə çempionatında 75-ci səfər qələbəsini qazanıb. Bu, 2006-cı ildən premyer-liqada çıxış edən komandamızın rəqib meydanlarındakı 222-ci matçında qeydə alınıb. Digər görüşlərdə 56 heç-heçəsi olan region klubu 91 dəfə uduzub. “Qəbələ” ölkə çempionatlarının 29 illik tarixində səfərdə 75 və daha çox qələbə qazanan 7-ci komandadı.
Premyer-liqada əlamətdar səfər qələbələri:
1-ci. 26.08.2006. “Şahdağ” (Qusar) – “Gilan” (Qəbələ) - 0:1
25-ci. 11.05.2012. “Neftçi” (Bakı) – “Qəbələ” - 0:1
50-ci. 17.10.2015. “Neftçi” (Bakı) – “Qəbələ” - 0:1
75-ci. 11.09.2021. “Sabah” (Bakı) – “Qəbələ” - 0:2
Qeyd edək ki, 75-ci səfər qələbəsini qazanan “Qəbələ” xallarının sayını 7-yə çatıb. Bu, ilk üç oyun üçün klub tarixinin rekordunun təkrarıdı. “Qırmızı-qaralar” 2015/16 və 2016/17 mövsümlərində də ilk üç qarşılaşmada 7 xal toplayıb.