Premyer-liqanın 3-cü turunda "Neftçi" "Qarabağ"ı qəbul edir.
Qarşılaşmanın ilk hissəsinin son dəqiqəsində azarkeşlər arasında dava düşüb. Belə ki, meydan sahiblərinin fanatlarından biri əlində "Neftçi" şərfi ilə "Qarabağ Ordu" fanklubunun qarşısında dayanıb. Polis onu kənarlaşdırmaq istəsə də, "köhlən atlar"ın azarkeşləri "neftçili"ni döyüblər. Asayiş keşikçilərinin müdaxiləsindən sonra ara sakitləşib.
Qeyd edək ki, qarşılaşmada Ağdam təmsilçisi 2:0 hesablı qələbə qazanır.