Cənubi Kipr çempionatında 2-ci turun oyunları keçirilib.
“Football-plus.az” xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin də çıxış etdiyi “Etnikos” doğma meydanda “Paeek” ilə qarşılaşıb və məğlub olub – 1:3.
Araz da bu görüşün iştirakçısı olub. O start heyətində meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, hazırda xalı olmayan “Etnikos” 12 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.