
Ölkə futbolu / Dünya futbolu
465
12.09.2021, 10:10
Mahir komandasına kömək edə bilmədi
Millinin də şərəfini qoruyan Mahir Emreli Polşa çempionatında növbəti oyununa çıxıb.
“Footbal-plus.az” saytının məlumatına görə, hücumçu 7-ci turda “Slask”la səfər matçının iştirakçısı olub. Qarşılaşmaya ehtiyatda başlayan Emreli fasilədən sonra meydana daxil olub. Lakin o, komandasına heç cür kömək edə bilməyib. Əksinə, 84-cü dəqiqədə qapısında qol görən “Legiya” 0:1 hesabı ilə məğlub olub.
Xatırladaq ki, 5 oyunda 6 xal toplayan “Legiya” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.