
"Millidə indi potensiallı futbolçu çoxdu" - Rəşad Sadıqov
"İlk dəqiqələrdən tam düşündüyü kimi başladı oyun. İstədiyimiz kimi hücumlar alınırdı"
Bu sözləri Rəşad Sadıqov deyib. "Zirə"nin baş məşqçisi premyer-liqanın 3-cü turunda 2:0 hesabı ilə məğlub etdikləri "Keşlə"ylə matçı dəyərləndirib:
"Qırmızı vərərəlqəyə qədər yaxşı oynayırdıq. Bu andan sonra konsentrasiyanı itirdilər. İkinci hissəyə yaxşı başladıq. Öz oyunumuzu bərpa edib, istədiyimizə nail olduq"
- Ötən mövsümkü yoxsa, indiki "Zirə" daha yaxşıdı?
- Bəzi şeylərdə oyunumuzu dəyişməyə çalışırıq. İndi daha hucumameyilli oynayırıq. Heyətə buna uyğun qurmuşuq. Bəzən alınır, bəzən yox. Ümumilikdə komandadan razıyam.
- Təmkinin komandada konkret mövqəyi haradı?
- Təmkin universal oyunçudu. Mən onu sol müdafiəçi kimi düşünürəm. Üstünlüyümüz var idi. Elə olanda düşündüm ki, Qismət sağda, Təmkin solda oynasın.
- "Zirə" istədiyi futbolçulardan formalaşıb?
- Hazırda heyəti komplekşdirmək istəyirik. Hamı istəyir ki, heyət daha geniş olsun. Oyunda istər-istəməz liderlə önə çıxırlar. Düşünürəm ki, hər bir futbolçumuzda liderlik keyfiyyətləri var. Tam heyəti əvvəlcədən açıqlamaq düzgün deyil. Sağlam rəqabət olmalıdı. Rəqiblərimizin etdiyi dəyişiklərə görə oyununuzu formalaşdırırıq.
- Bu matça kubokun revanşı kimi baxırdız?
- Qətiyyən yox! Keşlə onda finala çıxdı. Ola bilər ki, hansısa rəqib sənə qarşı kobudluq edər və onlara qarşı neqativ nəsə düşünərsən. Amma "Keşlə"yə qarşı bu yox idi.
- "Zirə"nin məqsədi nədi?
- Bu günkü oyundan razı qaldım. Rəqib qırmızı alandan sonra oyun strukturu pozuldu. Amma sonradan duzəldi. Hər bir məşqçi iddialıdı. Hamı yer tutmaq və hədəfinə çatmaq istəyir. Biz də imkan qədər yuxarı yerlər üçün oynayacağıq. Mən də bunu istəyirəm. Rəhbərliyimiz də bunu istəyir. Hər şey bizdən asılı deyil. Ən azından buna çalışacağıq.
- Millinin son oyunlarına şərh verə bilərsiniz?
- Aktual mövzudu. Fərq odu ki, millidə indi potensiallı futbolçu çoxdu. Keçmişdə komandamız daha ruhlu və istəkli idi. Hamının mehriban olduğu bir atmosfer var idi. Düşünürəm ki, daha yaxşı oynaya bilərik. Hətta baş məşqçi də bu fikri deyir. Ümumiyyətlə çox yaxşı oyunçularımız var. Yaxın zamanlarda daha yaxşı nəticələr əldə edə bilərik.