UFC döyüşçüsü Den Huker yüngül çəkidə sabiq müvəqqəti çempion Toni Ferqyusonun promouşenlə bütün əlaqəni kəsdiyini və rəhbərliklə təmas saxlamadığını bildirib:
“Məhz Toni döyüşmək istədiyim adamdı. Hiss edirəm ki, fanatlar bu döyüşə baxmaq istəyirlər. Hədsiz gözəl döyüş olacağına əminəm. Ancaq belə görünür ki, Toni ağlını itirib. O, sadəcə, telefona cavab vermir. UFC-dən heç kim ona zəng edə bilmir. Mənə belə deyiblər”.
Ferqyuson UFC-nin yüngül divizionunda reytinqin sabiq lideridi. 2013-19 aralığında 12 qələbəlik seriya yaxalayan Toni Xabib Nurmaqomedovun tituluna əsas təhlükə sayılırdı. Amma 37 yaşlı amerikalı son üç döyüşdə məğlub olub.