Benjamen Mendi dünən məhkəmədə sorğu-suala tutulub.
“Mançester Siti”nin oyunçusu haqda yekun qərar verilməsə də, onun həbs müddəti uzadılıb. İngiltərə mənbələrinin xəbərinə görə, 27 yaşlı müdafiəçi 2022-ci il yanvarın 24-nə qədər həbsdə qalacaq.
Dörd qadına qarşı seksual zorakılıqda ittiham olunan futbolçu ilə bağlı növbəti məhkəmə iclası məhs həmin günə təyin olunub. Deməli, Benjamen o vaxta qədər həbsdə qalacaq.