İngiltərə premyer-liqasında avqustun ən yaxşıları müəyyənləşib.
İki nominasiya üzrə fərqli klubların üzvləri mükafata layiq biliniblər. Ötən ayın ən yaxşı oyunçusu “Vest Hem”in hücumçusu Maykl Antonio seçilib. 31 yaşlı futbolçu avqustda meydana çıxdığı 3 oyunda 4 qol vurmuş və 3 məhsuldar ötürmə etmişdi.
Ötən ayının ən yaxşı məşqçisi üçün ayrılan mükafat isə “Tottenhem”i çalışdıran Nunu Eşpiritu Santuya təqdin edilib. Portuqaliyalı mütəxəssisin komandası avqustda keçirdiyi hər üç oyunda 1:0 hesabıyla qalib gəlmişdi. Paytaxt təmsilçisi hazırda turnir cədvəlinə başçlıq edir.