Antonio Rüdiger “Çelsi” ilə danışıqları dayandırıb.
O, rəhbərliyin yeni müqavilə ilə bağlı təklifinin müzakirəsində fasilə vermək qərarına gəlib.
28 yaşlı futbolçu bu addımı əbəs yerə atmayıb. Belə ki, klubdan aldığı təklif onu qane etmir. “Sport1.de” portalının xəbərinə görə, Almaniya yığmasının müdafiəçisi yeni anlaşmada illik məvacibinin 12 milyon avro olmasını istəyir. Antonionun 2017-ci ildən formasını daşıdığı “Çelsi” ilə müqaviləsinin müddəti 2022-ci ilin yayına qədər nəzərdə tutulub.