PSJ Fransa çempionatının “Klermon”la keçiriləcək oyununa əhəmiyyətli itkilərlə çıxacaq.
Baş məşqçi Maurisio Poçettino bu gün Bakı vaxtı ilə 19.00-da start götürəcək matçda bir sıra aparıcı futbolçulardan yararlana bilməyəcək.
Argentinalı mütəxəssis yarımmüdafiəçilər Anxel Di Mariya və Leandro Paredes, həmçinin hücumçular Lionel Messi ilə Neymarın adlarını Liqa 1 oyunu üçün iştirak ərizəsinə daxil etməyib. Onların kənarda qalması Argentina və Braziliya yığmalarının heyətində DÇ-2022-nin son seçmə oyunlarında iştirakıyla bağlıdı.
Qeyd edək ki, PSJ hazırda 1-ci, liderdən 4 xal geri qalan “Klermon” isə 3-cü yerdədi.