“Milan”ın məşqçiləri sevinc içindədilər. Komandanın iki aparıcı hücumçusu ilə bağlı xoş xəbərlər var.
Zlatan İbrahimoviç zədəsini sağaldıb. Onun A seriyasının 3-cü turunun sentyabrın 12-də keçiriləcək “Latsio” ilə matçda oynamağa hazır olduğu bildirilib. Doğrudu, həkimlər isveçli hücumçunun matça ilk dəqiqələrdən başlamasını məsləhət görmürlər, amma son söz baş məşqçi Stefano Pyoliyə aid olacaq. Qeyd edək ki, hələ bir neçə ay əvvəl ağır zədə alan Zlatan Avropa çempionatında iştirak edə bilməmişdi.
“Milan”a “Latsio” ilə oyunda Olivye Jiru da kömək edə bilər. Fransa yığmasının hücumçusu koronavirusdan sağalıb. O, sentyabrın 2-dən karantin vəziyyətində yaşayırdı.