
İdman
248
10.09.2021, 19:50
Şahmat yığmamız qrupda qaldı
Şahmat millimiz onlayn formatda təşkil olunan Olimpiadada mübarizəni dayandırıb.
“Football-plus.az” saytının məlumatına görə, bu gün keçirdiyi 3 oyundan sonra komandanın 1/4 finaldan kənarda qaldığı rəsmiləşib. Sloveniyanı 4,5:1,5, Misiri 4:2 məğlub edən şahmatçılarımız Fransa ilə heç-heçə edib - 3:3.
12 xalla qrup üçüncüsü olan milli pley-offa yüksələ bilməyib. İlk iki pillədə yer alan Hindistanla (16 xal) Macarıstan (15 xal) 1/4 finala vəsiqə qazanıb.