''Qalatasaray''lı Markao bütün komanda yoldaşları önündə Kərəm Aktürkoğludan üzr istəyib və onlar nəhayət barışıblar.
Xatırladaq ki, 1-ci turda Girəsun səfərində braziliyalı müdafiəçi komanda yoldaşına kəllə və yumuruq atdığı üçün qırmızı vərəqə almışdı. Daha sonra NİK tərəfindən 8 oyunluq cəza alan Markao klub tərəfindən də əsas komandadan kənarlaşdırılaraq 150 min avro para cəzası almışdı. Amma ötən həftə Fatih Terim Markaonu əfv edərək onun yenidən məşqlərdə iştirak etməsinə şərait yaratmışdı. Yığmanın düşərgəsində olan Kərəm isə dünən kluba qayıdıb.
Dünənki məşqdən Terim bütün komandanı başına yığaraq bu olay haqda danışıb və Markaonun bütün komandanın önündə Kərəmdən üzr istəməsini tələb edib. ''Sambaçı'' da həm camiədən, həm komanda yoldaşlarından, həm də Kərəmdən üzr istəyərək ona sarılıb.