
Ronaldo ilə Sulşer arasında münasibətlər necədi? - YAZI
Kriştiano Ronaldo 12 illik fasilədən sonra MY-nin Karrinqtondakı bazasına döndü. Hələ ötən həftə Mançesterə gedən portuqaliyalı karantin dövrünü arxada qoyandan sonra köhnə-yeni komandası ilə ilk məşqə çıxdı.
Təbii ki, əvvəlcə baş məşqçi Ole-Qunnar Sulşer ilə görüşdü. Vaxtilə onlar birlikdə hücum xəttində görünmüşdülər – MY-də 32 oyun. İndi isə “Yunayted”i yeni qələbələrə daşımalıdılar.
Bildiyiniz kimi, İrlandiya ilə oyunda vurduğu qoldan sonra maykasını çıxardığına görə sarı vərəqə alıb cəzalı duruma düşən Kriştiano bununla da Mançesterə planlaşdırılandan tez yollanmaq imkanı qazanıb. Hava limanında onu klubun texniki direktoru Darren Fletçer qarşılayıb. MY-nin saytına inansaq, Kriş inadla məşq edib, çoxlu su içib və tər töküb. Yeri gəlmişkən, biz indi dəqiq bilirik ki, ulduz peyvənd olunmayıb. İş ondadı ki, Ronaldo Mançesterə “narıncı” siyahıda olan Portuqaliyadan uçub. Tam peyvənd olunan gəlmələr üçün bir qayda var – koronavirus testi vermək. Peyvənd olunmayanlar üçün 10 günlük karantin nəzərdə tutulur ki, əlavə testin pulunu ödəməklə bu müddəti 5 günə endirmək olar. MY hökumətə Ronaldo üçün karantin müddətini daha da azaltmaq xahişi ilə üz tutsa da, imtina cavabı alıb. İndi hesablayaq: Kriş İngiltərətə sentyabrın 2-də uçub, 7-də isə məşqə çıxıb, yəni 5 gün ötəndən sonra.
Sarı vərəqə cəzası olmasaydı, Ronaldo karantinə 5 gün gec oturacaq və belədə “Nyukasl”la sentyabrın 11-də keçiriləcək oyuna yetişməyəcəkdi. Ancaq indi onu yaşıl meydanda görə bilərik.
Belə görünür ki, bu ani keçidin baş tutması üçün Aleks Ferqyusonla yanaşı, Sulşer də çox iş görüb. “The Athletic” yazır ki, məhz baş məşqçi danışıqlara xeyir-dua verib, çünki klubun əfsanəsini MS-də görmək istəməyib. Sulşer Ed Vudvorda zəng edərək soruşub ki, klub bu yolda nəsə edə bilərmə - məhz ondan sonra MY Ronaldonun agenti ilə təmasa keçib.
Sulşer artıq çoxdan portuqaliyalının MY-yə dönüşündən danışırdı. Özünüz mülahizə yürüdün.
• Martda klubun mətbuat xidmətinə müsahibə verən norveçli “Yunayted”in iki sabiq oyunçusunu – Ronaldo ilə Roy Kini almağı arzulamışdı:
• “The Athletic” mayda yazırdı ki, baş məşqçi Kriştiano ilə müntəzəm əlaqə saxlayır və onunla MY-yə mümkün dönüşünü müzakirə edir. Ümumiyyətlə, Sulşerin təyinatından ötən müddətdə Ronaldo gözəgörünməz adam kimi həmişə klubun həyatında iştirak edib. Məsələn, Sulşer Bruno Fernandeşin transferindən əvvəl Krişlə məsələhətləşdiyini deyib, həmçinin Marsyal ilə Reşfordun Ronaldo səviyyəsinə qalxa biləcəyindən danışıb. Ümumiyyətlə, Sulşerlə Ronaldonun münasibətlərindən daha geniş bəhs etməyə dəyər.
Ronaldonun “Yunayted”ə gəldiyi 2003-də Sulşer artıq 6-cı mövsümünü keçirirdi. Yeniyetmə portuqaliyalı norveçliyə belə təsir bağışlamışdı:
Ancaq tezliklə aydın oldu ki, yeniyetmənin təvazökarlığı müvəqqətidi. MY-nin akademiyasının sabiq oyunçusu Mads Timm “Red Devil” kitabında xatırlayır ki, Kriş bəzən Sulşerlə Nevilli hədsiz əsəbləşdirirmiş:
Ancaq Sulşer həqiqətən Ronaldoya yeni şəraitə uyğunlaşmaqda kömək edib – agenti vasitəsi ilə portuqaliyalıya ingilis dili üzrə repetitor tapıb (yarım ildən sonra Kriş artıq bu dildə danışırdı), ticarət mərkəzlərini gəzdirib və Mançesteri tanıdıb.
Sulşer 2017-də həmin vaxtı belə xatırlayırdı: “Ronaldo indi gözəl saç düzümü və ağ dişləri olan dəbli oğlandı. Ferdinand 2003-də Krişdən soruşdu ki, hansı fermada geyinirsən? Ronaldo incikliyini üzə vurmadı, amma mən bunu gördüm. Bir ildən sonra o artıq komandanın sərt yumoruna öyrəşmişdi”.
Ronaldo “Yunayted”də inadla öz üzərində çalışır, oyundaşları ona yardım edirdi. Kriş möhkəm Ueyn Runi ilə güc mübarizəsini məşq edir, Sulşerlə Ferqyusonun tələbləri haqda danışırdı. Ole və Kriş daim taktikanı müzakirə edir və zərbələri yaxşılaşdırmaq üçün tez-tez məşqdən sonra yubanırdılar:
Sulşerlə Ronaldo birlikdə 4 il “Yunayted”in şərəfini qoruyub, bu müddətdə 32 oyuna eyni anda çıxsalar da, yalnız 1 qolu birgə yaradıblar. 2006-nın dekabrında MY “Ridinq”i qəbul edəndə Kriş sol cinahdan asma edib, Sulşer başla qol vurub:
Zədə üzündən 2007-də karyerasını bitirən Sulşer MY-də hücumçularla işləyən məşqçi olub. Norveçli karyerasının həmin dönəmini belə xatırlayır:
2008-də Ronaldodan məşqçi Sulşer haqda nə düşündüyünü soruşanda diplomatik tərzdə cavab vermişdi:
Maraqlıdı, görəsən, portuqaliyalı indi nə fikirləşir?