Aydın Xəlilov "Sumqayıt"ın vitse-prezidenti təyin olunub.
Bu haqda məlumatı klubun rəsmi saytı yayıb. 48 yaşlı şəxs adıçəkilən vəzifəni icra edəcək.
Qeyd edək ki, Aydın Xəlilov 10 avqust 1973-cü ildə anadan olub. Sumqayıt Dövlət Universitetinin məzunu olan Xəlilov həm də “Azərikimya” İB-nin Həmkarlar İttifaqının sədridi.