
Dünya futbolu
242
10.09.2021, 13:40
Azarkeşə ömürlük cəza
"Vest Bromviç" öz azarkeşini cəzalandırıb.
"Football-plus.az" saytının məlumatına görə, buna 50 yaşlı fanatın komandanın futbolçusu Romeyn Soyersə qarşı irqçilik etməsi səbəb olub.
O, "Vest Bromviç"in ölkə çempionatında "Mançester Siti"yə 0:5 hesabı ilə uduzmasından sonra internetdə 30 yaşlı yarımmüdafiəçini təhqir edib.
Nəticədə azarkeş ömürlük diskvalifikasiya olunub.