
"Neftçi"nin yeni transferi yaxın günlərdə ölkəmizdə olacaq - RƏSMİ
"Neftçi" daha bir futbolçunun keçidini rəsmiləşdirməyə yaxındı.
“Ağ-qaralar”ın anlaşdığı argentinalı vinger Xorxe Korrea üçün viza məsələsi həll olunur. Futbolçunun həftəsonu ölkəmizdə olacağı gözlənilir.
Məsələni dəqiqləşdirmək üçün klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Onun sözlərinə görə, futbolçunun artıq viza məsələsi həll olunub və yaxın günlərdə ölkəmizdə olacaq.
Nəzərinizə çatdıraq ki, oyunçu daha əvvəl Türkiyə superliqasında çıxış edən "Girəsunspor"a keçməliydi, lakin zədə üzündən razılaşıq əldə olunmayıb. Əldə etdiyimiz məlumata görə, futbolçunun səhhətində hansısa problem yoxdu. Argentinalı şəxsi “instaqram” hesabında fərdi məşqlərin fotosunu paylaşaraq sağlam olduğunu göstərməyə çalışıb.
Nəzərinizə çatdıraq ki, bir neçə gündü Türkiyə mətbuatında "Korrea imza mərasiminə qoltuq ağacları ilə gəldi" sərlövhəli yazılar dərc olunurdu.