Son günlər beynəlxalq KİV-də gəzən xəbərlər doğru çıxıb.
Yaponiya Klublararası Dünya Çempionatının (KDÇ) təşkilatçılıq hüququndan imtina edib.
Qərarı Yaponiya Futbol Assosiasiyası (YFA) verib. YFA rəhbərliyi bu addımı ölkədə koronavirusa yoluxma səviyyəsinin artmasına görə atmalı olub. Qeyd edək ki, bu səbəbdən Yaponiyada məhdudiyyətlərin artması qaçılmaz hesab olunur. KDÇ “Gündoğar ölkə”də 9-19 dekabr aralığında təşkil edilməli idi.
Məlum qərar FİFA-nı çətinə salıb. Ali futbol qurumu yaxın zamanda Çempionlar Liqasının son qalibi “Çelsi”nin də çıxış edəcəyi turnirin yeni təşkilatçısını müəyyən etməlidi.