Almaniya millisinin oyunçularını daşıyan təyyarə planlaşdırılmamış eniş edib.
"Football-plus.az" saytının məlumatına görə, Almaniya Futbol Birliyinin mətbuat xidməti "tvitter" hesabında bununla bağlı xəbər paylaşıb. Bundestim İslandiya ilə oyundan qayıdarkən təyyarə Edinburqda planlaşdırılmamış eniş etmək məcburiyyətində qalıb. Buna səbəb havanın dumanlı olması olub. Gözlənilməz hadisə ilə bağlı lazımi tədbir alınıb və eniş uğurla həyata keçirilib.
Mətbuat xidməti paylaşımda tibbi narahatlığın yaranmadığını da qeyd edib.