Azərbaycanlı veteran futbolçu Məmmədnağı Babayev vəfat edib.
Bu haqda "Neftçi"nin rəsmi saytı məlumat yayıb. Babayev 86 yaşında dünyasını dəyişib.
"Ağ-qaralar" sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə başsağlığı verib.
Allah rəhmət eləsin.