Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budak qeyri-adi addımla diqqət çəkib.
31 yaşlı müdafiəçi 26 gün öncə transfer olunduğu "Bursaspor"dan ayrılıb.
O, TFF 1-ci Liqanın digər təmsilçisi “Ərzurum BB” ilə anlaşıb. Klub artıq yeni transferini təqdim edib.
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Namik Ələskərov isə bu yay “Neftçi”dən “Bursaspor”a keçib.