DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə turnirinin böyük maraqla gözlənilən Braziliya – Argentina oyunu baş tutmayıb. Daha doğrusu, San Pauludakı matç başlayandan 6 dəqiqə sonra dayandırılıb və təxirə salınıb.

Buna Braziliya Milli Sağlamlığı Müşahidə Agentliyinin (Anvisa) nümayəndələri ilə polislərin qəfil meydana daxil olması şərait yaradıb. Onlar Argentina yığmasının bəzi oyunçularının koronavirusa qarşı mübarizə üzrə qaydalara riayət etmədiklərini əsas gətirərək, belə addım atmalı olublar. Polislər Argentina millisinin düşərgəsinə İngiltərədən qoşulan 4 futbolçunu - Emiliano Martines, Emiliano Buendiya (hər ikisi “Aston Villa”), Covani Lo Çelso və Serxio Romeronu (hər ikisi “Tottenhem”) Braziliyadan deportasiya etmək istəyiblər. Bunun üçün polislərlə birlikdə ilk növbədə qonaq komandanın qaldığı otelə yollanan “Anvisa”nın nümayəndələri argentinalıların mehmanxananı tərk etdiklərini görərək birbaşa “Neo Kuymika Arena”ya üz tutublar.
Qeyd edək ki, İngiltərədən Cənubi Amerikanın ən böyük ölkəsinə gələn şəxslər 14 günlük karantindən keçməlidilər. Ancaq deyilənə görə, 4 argentinalı futbolçu Braziliyanın immiqrasiya işçilərinə yalan məlumat veriblər. Onlar yaxın günlərdə İngiltərəyə getmədiklərini iddia ediblər. Hələ matçdan əvvəl Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) və Braziliya Futbol Konfederasiyası (BFK) müvafiq yerli dövlət orqanından Avropanın bu ölkəsində çıxış edən qonaq oyunçuların Braziliyaya qarşı oynamasına razılıq verilməsini ərizə ilə xahiş etmişdi. Həmin futbolçular matçdan dərhal sonra komandadan ayrı şəkildə hava limanına aparılacaq və Braziliyadan çıxarılacaqdı.

“Anvisa”nın nümayəndələri “Neo Kuymika Arena”ya yetişəndə matç yenicə başlamışdı. Buna məhəl qoymayan dövlət məmurları birbaşa yaşıl meydana çıxıblar. Martines, Lo Çelso və Romero ilk dəqiqələrdən meydanda olublar. Argentina tərəfi polisin deportasiya qərarını həyata keçirmək istəyinə qarşı çıxıb və komanda kimi paltardəyişmə otağına yollanıb. Az sonra braziliyalı futbolçular da onlar kimi hərəkət ediblər. Hakimlər də yaşanan mübahisələr nəticəsində meydanı tərk ediblər. Bir müddət sonra hakim Xesus Valensuela matçın təxirə salındığını açıqlayıb. KONMEBOL-un bəyanatında belə deyilir:

“Dünya çempionatının Braziliya – Argentina seçmə oyunu hakimin qərarı ilə təxirə salınıb. Referi və matçın rəsmi nümayəndə heyəti bundan sonra atılacaq addımları müəyyən edəcək FİFA-nın Nizam-İntizam Komitəsinə hesabat verəcək. Dünya çempionatının seçmə oyunu FİFA-nın bayrağı altında keçirilir. Bu turnirin təşkili ilə bağlı bütün məsələlər bu təşkilatın səlahiyyət dairəsinə aiddi”.


Artıq FİFA da dayandırılan oyunla bağlı məlumat yayıb. Ali futbol qurumu milyonlarla azarkeşin səbirsizliklə gözlədiyi matçın qeyri-müəyyən müddətə təxirə salındığını bəyan edib. FİFA-nın mətbuat xidməti qalmaqalla bağlı təhqiqat aparılacağını da açıqlayıb:

“FİFA Braziliya – Argentina seçmə oyununun ertələnməsinə və milyonlarla futbolsevərin dünyanın ən güclü komandalarının qarşılaşmasını izləməkdən həzz almasına mane olan vəziyyətə görə təəssüflənir. Məlum informasiyalar təşkilatımızın müvafiq orqanları tərəfindən araşdırılacaq və vaxtında lazımi qərarlar veriləcək”.


BFK-nın yaydığı bəyanatda isə belə deyilir:

“BFK baş verən hadisəyə görə böyük təəsüf hissi keçirir. Təşkilatımız sağlamlıq sahəsində nəzərdə tutulan protokollara əməl edilməsinə ən ciddi şəkildə riayət edir. Ancaq rəsmi oyun başlayandan sonra “Anvisa”nın nümayəndələrinin hərəkətləri bizi çox təəccübləndirdi. Ona görə ki, agentlik fəaliyyətini daha münasib vaxtda, matçdan bir neçə gün əvvəl də həyata keçirə bilərdi”.


Argentina Futbol Assosiasiyası (AFA) da qalmaqala görə narazılığını rəsmi bəyanatla bildirməyi lazım bilib:

“AFA San Pauluda yığmaların rəsmi oyununun dayandırılmasına görə narazılığını bildirir. Təşkilatımız BFK kimi “Anvisa”nın nümayəndələrinin matç başlayandan sonrakı hərəkətlərini təəccüblə qarşılayır. Qeyd edirik ki, Argentina yığmasının nümayəndə heyəti Braziliya ərazisinə sentyabrın 3-ü səhər saat 8-də KONMEBOL-un bütün mövcud sanitar protokollarına əməl etməklə varid olub”.


Son xəbərlər

Fransa və İngiltərə 1/4 finalda - YENİLƏNİB

Fransa - Polşa matçının ən yaxşısı müəyyənləşdi

Ruzanna Məmmədova: “Ən çox Azərbaycan tarixi ilə bağlı kitablar oxuyuram” - LAYİHƏ

İngiltərədə itki

Fransa 1/4 finala belə yüksəldi - VİDEO

"O, böyük tennis uğurlarına çatmaq üçün yaranıb"

Verdasko yarışlardan kənarlaşdırıldı

Azərbaycan çempionatında 2-ci tura yekun vuruldu

Zirədə 3 qol - VİDEO

Rəşad Sadıqov: "Orxan Məmmədova deyirəm ki, bəlkə lazım olanda 10-15 dəqiqə bizim komandada oynayasız"

Ayxan Abbasov: "Qış fasiləsində rəhbərliklə danışığımız olacaq"

"Zirə" və "Sumqayıt"dan qələbə - YENİLƏNİB

"Sumqayıt"ın mövsümdə ilk qələbəsi - VİDEO

İlk səfər qələbəsinin sirri - AÇIQLAMA

"Əsas hədəflərimdən biri millinin şərəfini qorumaqdı" - "Şamaxı"nın ulduzu

Rahid Əmirquliyev: "Bu vəziyyətdən çıxmağa çalışırıq"

Tərlan Əhmədov: "Məğlubiyyətin səbəbkarı başda mənəm"

Samir Abasov: "Turnir cədvəlinə baxıb, imtina edənlər var"

“Araz-Naxçıvan”dan ayrılmaq fikrim yox idi, belə addım atmaq məcburiyyətində qaldım”

"Futbol məkanını pis günə qoyanlar evlərində, həyət-bacalarında bunu etməzlər"

Kevin Dürant 8-ci pilləyə yüksəldi

Elmar Baxşıyev: “Sanki mənə futbolçular təqdim olunur, geri çevirirəm”

Makdevid 40 xal həddinə hamıdan tez çatdı

"Qarabağ"dan həbs olunan azarkeşləri ilə bağlı rəsmi AÇIQLAMA

“Aşırı robotlaşma futbolu uçuruma apara bilər”

Martino Meksika yığmasından ayrıldı

"İmarət" həbs olunan üzvləri ilə bağlı bəyanat yaydı

Millimizdən ardıcıl iki məğlubiyyət

"Kəpəz" daha bir futbolçunu ikinci komandaya göndərdi

İdmançımız birinci oldu

AGİN-in balansında olan komplekslərdə fərqli mühafizə və təhlükəsizlik sistemi var

Pelenin kliniki vəziyyəti sabitdi

Uayt ölkəsinə niyə qayıdıb?

Azər Bağırov bir neçə futbolçunu izləyir

“Son hədd 24 mərhələdi”

ŞOK! "Neftçi" - "Qarabağ" matçından sonra 2 azarkeş həbs edilib

Məqsəd üçün əlamətdar tur

“Formula-1” pilotu uşaqlar üçün dəbilqəsini satdı

Emma Radukanu ordenlə təltif olundu

Qətərlilər almanları ələ saldı

Yaponiyalı basketbolçunun baldırı dartılıb

“Beşiktaş” başqanı TFF-dən nə tələb etdi?

Bütün xəbərlər