Bir neçə aydı yaşıl meydanlarda görünməyən Kristian Eriksen komandasına Çempionlar Liqasının qrup mərhələsində kömək edə bilməyəcək. “İnter” rəhbərliyi təcrübəli futbolçunun adını bu mərhələ üçün iştirak ərizəsinə daxil etməyib.
29 yaşlı futbolçu “İnter” ÇL-də 1/8 finala çıxacağı halda bu turnirdə oynamaq şansı qazanacaq. Xatırladaq ki, AÇ-2020-nin qrup mərhələsinin Finlandiya ilə oyununun (0:1) ilk hissəsində huşunu itirən Danimarka yığmasının yarımmüdafiəçisini 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu. Ürəyində mikroəməliyyat keçirən Kristian hələ ki cari mövsümdə rəsmi oyunda meydana çıxmayıb. Onun yoxluğunda yığmanın nəticələri əla olsa da, baş məşqçi Kasper Hülmann futbolçunun dönüşünü səbirsizliklə gözləyir: