“Qarabağ” – “Bazel” oyununun yeri müəyyənləşib.
Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu haqda məlumatı UEFA-nın rəsmi saytı yayıb. Sentyabrın 16-dakı matç saat 20.45-də başlayacaq.
Qeyd edək ki, oyunun keçirilmə yerinin dəyişməsinə səbəb Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad vəziyyətdə olmasıdı.