UEFA-nın sentyabrın 16-da keçiriləcək “Qarabağ” – “Bazel” oyununun Tofiq Bəhramov adına Respublika stadionunda təşkilinə icazə vermədiyini, arenanı təftiş etmək üçün Bakıya nümayəndə göndərəcəyini xəbər vermişdik.
İngiltərəli Mark Mörfi sentyabrın 5-i saatlarında Bakıya gəlib, artıq həm “Tofiq Bəhramov”un, həm də Bakı Olimpiya Stadionunun (BOS) durumunu gözdən keçirib. UEFA-nın oyunun harda keçiriləcəyi ilə bağlı qərarı ən qısa zamanda açıqlanacaq.
Məsələ ilə bağlı yeni informasiya əldə etmişik. Mörfi BOS-un ot örtüyü barədə müsbət fikirdə olub. O, UEFA rəsmilərinə artıq bu barədə məlumat verib. Mörfi “Qarabağ” - “Bazel” matçının məhz bu stadionda keçirilməsinin tərəfdarı olub və raportunda bunu qeyd edib. Beləliklə, böyük ehtimalla oyun “Tofiq Bəhramov” da yox, BOS-da baş tutacaq.
Dünən “Qarabağ”ın mətvuat katibi Gündüz Abbaszadə ilə fə danışdıq. O, UEFA nümayəndəsinin hər iki stadionu təftiş etdiyini, amma yekun qərarın hələ açıqlanmadığını dedi.
İLKİN SULTANLI