Azərbaycan samboçusu Nicat Məmmədli Rusiyada keçirilən 1-ci MDB Oyunlarında final görüşünə çıxıb.
"Football-plus.az" saytının məlumatına görə, 58 kq çəkidə çıxış edən idmançı rusiyalı Nikolay Lukyançukla üz-üzə gəlib. Təmiz qələbə qazanan Məmmədli qızıl medalı əldə edib. Adil Adilzadə də adını mükafatçılar sırasına yazdırıb. 88 kq-da mübarizə aparan idmançımız 3-cü yer uğrunda görüşdə Timurlan Toktobolotova (Qırğızstan) qalib gəlib.
Kamran Qasımov (71 kq), Ağani Məmmədov (79 kq) isə bürünc medal uğrunda döyüşdə uduzub.