
Aktual / Manşet
333
7.09.2021, 14:00
AFFA tərcüməçi probleminə aydınlıq gətirdi
Dünən Portuqaliyanın baş məşqçisi Fernando Santuş və yığmanın üzvü Ruben Diaşın iştirakı ilə keçirilən mətbuat konfransında qonaq jurnalistlərin portəgiz dilində verdiyi suallar Azərbaycan dilinə tərcümə olunmadı.
Yalnız azərbaycanlı jurnalistlərin sualları tərcümə olundu. Bununla bağlı “Football-plus.az”a açıqlama verən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla başverənlərə belə aydınlıq gətirdi:
“Hər gələn qonağın dilinə uyğun tərcüməçi tapmaq kimi bir öhdəliyimiz yoxdu. Ümumi beynəlxalq dil ingilis dilidi. Qaydalarda da göstərilir ki, mütləq ingilis dilinə tərcümə edilmiləlidi. Tərcüməçimiz də var idi. Məsələn, sabah Cəbəllütariqdən hansısa bir komanda gələcək. “Həmin dildə danışan tərcüməçi tapılmalıdı” deyə bir qərar və öhdəlik yoxdu. Millinin oyunlarında, beynəlxalq turnirlərdə yetərincə tərcüməçi dəvət olunur”.
RƏŞAD