
Dünya futbolu
170
7.09.2021, 12:40
Pelenin səhhətində problem aşkarlanıbmış
Bir neçə gün əvvəl San Pauludakı klinikalardan birində görünən Pelenin səhhətinin qəfil pisləşdiyi iddia edilmişdi.
Lakin futbol veteranı haqqında gəzən şəyiələrə mənfi reaksiya vermişdi. Braziliya yığmasının sabiq hücumçusu klinikaya müayinə olunması üçün gəldiyini və bu prosesdən son aylar pandemiyanın yaratdığı çətinliklərə görə keçə bilmədiyini demişdi. Lakin dünya futbolunun canlı əfsanəsi xəstəxanada təxminən bir həftə qalmalı olub. Müayinələr nəticəsində yoğun bağırsağında şiş aşkarlanan Pelenin əməliyyat olunmasına qərar verilib.
80 yaşlı braziliyalı bu haqda sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb:
“Dostlar, mənimlə yaxından maraqandığınız üçün sizlərə “sağ olun” deyirəm. Özümü çox yaxşı hiss etdiyimə və səhhətimi müəyinə etmələri üçün həkim Fabio ilə həkim Migelə müraciət etdiyimə görə Tanrıya minnətdaram. Şənbə günü yoğun bağırsağımda aşkarlanan şişin götürlməsi ilə bağlı əməliyyat olunmuşam. Xoşbəxtlikdən, böyük qələbələri sizlərlə birlikdə qeyd etməyə alışmışam. Növbəti matça gülərüz, böyük nikbinlik və məni əhatə edən ailəmlə dostların səbəbkar olduqları sevinclə çıxacağam”.