"Portuqaliyanın gücünü bilirik. Qələbə üçün əlimizdən gələni edəcəyik. Psixoloji olaraq oyuna hazırıq. Bir daha qeyd edim ki, rəqib güclü olsa da, əlimizdən gələni edəcəyik".
Bu sözləri Azərbaycan millisinin üzvü Namik Ələskərov deyib. Yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində sabah qarşılaşacaqları Portuqaliya ilə matçdan öncə mətbuat konfransında deyib. "Bursaspor"un üzvü fərqli məşqçilərlə fərqli mövqelərdə oynamağın onun performansına təsir etmədiyini bildirdi:
"Burda problemli heçnə yoxdu. Baş məşqçilər harda oynamağımı istəsələr, orda da çıxış edirəm. "Neftçi"də də müxtəlif mövqelərdə oynayırdım. Çalışıram ki, matçlarda əlimdən gələni edib, komandama fayda verim".