"Biz rəqibin İrlandiyaya qarşı oyunu izlədik. Azərbaycanın yaxşı oyun nümayiş etdirdiyini gördük".
Bu sözləri Portuqaliyalı millisinin üzvü Ruben Diaş deyib. "Mançester Siti"nin müdafiəçisi DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan - Portuqaliya oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib. Diaş qarşılaşmada mütləq qələbə qazanmaq istədiklərini bildirib:
"Rəqib yaxşı komandadı. Sonuncu qarşılaşmada çox yaxşı mübarizə apardılar. Buna rəğmən, yalnız qələbəyə köklənəcəyik. Öz tərzimizə köklənməyə çalışacağıq. Azərbaycana qarşı diqqətli oynayıb, qalib gəlməliyik"