Prezident İlham Əliyev Tokio şəhərində keçirilən 26-cı Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.
"Football-plus.az" saytının məlumatına görə, Yaponiyada keçirilən turnirdə əldə etdikləri nəticələrə görə idmançılar və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
- birinci yeri tutan hər bir idmançıya 200 min, onun məşqçisinə 100 min manat;
- ikinci yeri tutan hər bir idmançıya 100 min, onun məşqçisinə 50 min manat;
- üçüncü yeri tutan hər bir idmançıya 50 min, onun məşqçisinə 25 min manat.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidi.