İtaliya dünya rekordunu yeniləyib! “Skuadra adzurra” buna DÇ-2022-nin İsveçrə ilə seçmə oyununda nail olub.
Bazeldə keçirilən matç qolsuz heç-heçə nəticələnib. Xal itkisinə baxmayaraq, bu nəticə İtaliya millisinin adını futbol tarixinə yazması üçün kifayət edib. Komanda Mançininin rəhbərliyi altında məğlubiyyətsiz oyunlar seriyasını 36-ya çatdırıb. “Skuadra adzurra” bu göstəriciyə əsasən həm özünün, həm də Braziliya (1993-96) və İspaniya (2007-09) yığmalarının müəyyən etdiyi dünya rekordunu yeniləyib. Xatırladaq ki, Mançinili İtaliya sonuncu dəfə 2018-ci il sentyabrın 10-da Millətlər Liqasının seçmə mərhələsində Portuqaliyaya məğlub olub (0:1).