İngiltərə premyer-liqasında avqustun ən yaxşıları üçün nəzərdə tutulan mükafatlara namizədlər müəyyənləşib.
Ən yaxşı məşqçi və futbolçu adına namizədlərin siyahısına ümumilikdə 10 nəfər daxil edilib. Ötən ayın ən yaxşı məşqçisi üçün ayrılan fərdi mükafata Rafael Benites (Everton), Nunu Eşpiritu Santu (Tottenhem), Devid Moyes (Vest Hem) və Tomas Tuxel (Çelsi) iddia edirlər.
Avqustun ən yaxşı oyunçusu adına isə Markos Alonso (Çelsi), Maykl Antonio, Səid Benrahma (hər ikisi “Vest Hem”), Erik Dayer (Tottenhem), Demerey Qrey (Lester) və Meyson Qrinvud (Mançester Yunayted) layiq görülə bilər. Hər iki nominasiya üzrə qaliblər azarkeşlər və ekspertlər arasında keçiriləcək səsvermə nəticəsində seçiləcəklər.